Türkçe | English | Pусский | Kазах | ქართული
7/24 Call Center
0216 538 80 80
support@gantek.com
PeŞƏkar XİdmƏtlƏr

Gantek şirkəti, bacarıqlı və təcrübəli ekspert qruplarının xidmətlərini təqdim edərək, biznes-təhlilə və proseslərin təhlilinə, quraşdırmaya, dəstəyə, xidmətetməyə, tədrisə, məsləhətləşməyə olan ehtiyaca effektiv və operativ cavab verir.

Aparat və proqram təminatının quraşdırılması

Gantek şirkətinin satışdan sonrakı quraşdırma üçün konsultasiyası müştəri tərəfindən müəyyən edilmiş konfiqurasiyalara uyğun olaraq aparat və proqram təminatının quraşdırılması üzrə xidmətləri daxil edir.

Bundan başqa, müştərilərinin aparat və proqram təminatının quraşdırılması zamanı və ya quraşdırmadan sonra onunla bağlı sahələrdə proseslərin effektivliyinə nail olması üçün qısa təlimlər keçirilir.

Dəstək və yeniləmə

Bütün dünyada tanınmış sertifikatlara sahib çoxsaylı təcrübəli mühəndis-texniki işçilərdən ibarət olan Gantek şirkətinin dəstək qrupu sürətli, effektiv və etibarlı sistemi, Türkiyə və bizim işlədiyimiz başqa ölkələrdə aparat və proqram təminatına dəstəyi təmin edir.

Gantek şirkəti, 7*24 rejimində yerlərdə yüksək səviyyəli dəstəyi təklif edərək və xidmətetmə haqqında fərdi razılaşmalar çərçivəsində müəssisələrin sorğularına tez reaksiya verərək müştərilərin yüksək məmnunluq səviyyəsini təmin edir.

Miqrasiya xidmətləri

Gantek şirkətinin verilənlərin miqrasiyası servisləri biznes-proseslərini dayandırmadan xərclərin azalması, infrastrukturun optimallaşması və effektivliyin artması kimi üstünlüklər təklif edir.

Xarici idarəetmə xidmətləri

Xarici idarəetmə xidmətləri çərçivəsində Gantek şirkəti korporasiyaların tələblərinə cavab verir, hansılar ki, informasiya texnologiyalarının idarəetməsini səriştəli və təcrübəli qruplara verməyə üstünlük verirlər.

Tədris

Gantek şirkəti öz həllərinin effektiv istifadəsi üçün təlimlər keçirir, və belə tədris xidmətləri korporasiyaların ehtiyaclarına uyğunlaşdırılır.

Gantek provides training services for the products of its solution partners such as Oracle, Symantec and Subex.

Autsorsinq

Gantek şirkəti xidmətetmənin səviyyəsi haqqında razılaşmalar (XSR) çərçivəsində müştərilərə fasiləsiz xidmətetməni təmin edir. Gantek şirkəti, müştəriləri texniki detallarla narahat etmədən və korporasiyalara autsorsinq xidmətlərini aşağıdakı sahələrdə təklif edərək, tələb olunan xidmətləri təqdim etməyə çalışır:

- İT-infrastrukturunun autsorsinqi;
- ofis avtomatlaşdırılmasının məlumat xidmətinin autsorsinqi;
- verilənlərin emalı mərkəzlərinin əməliyyatları;
- XSR əsasında servis müqavilələri;
- resursların birgə və əlverişli bölgüsü.

Məsləhətvermə

Müştərilərin biznes-proseslərinin təhlilini və onlarla bağlı İKT-həllər və korporativ biznes-həllər sahəsində məsələlərin təhlilindən istifadə edərək, Gantek şirkəti ən münasib həll təqdim etməyə çalışır. Müvafiq məsləhətləşmə xidmətləri müştərilərin tələbatına cavab verən həlləri ən effektiv üsulla müəyyən edir və zəruri olduqda bu həllər müxtəlif texnologiyaların birgə mövcudluğu ilə qurulur.