Türkçe | English | Pусский | Kазах | ქართული
Gantek şirkətində əmək resurslarını idarəetmə təcrübəsi

Karyera yüksəlişini və peşəkar hazırlığı idarəetmə
Xidmət üzrə irəliləyişlər və təyinatlar haqqında qərarlar
- məhsuldarlıq göstəricilərinin qiymətləndirilməsi;
- müvafiq vəzifə üçün səriştəliliyinin yoxlanması vasitəsilə Gantek şirkətinin İcraiyyə komitəsi tərəfindən verilir.
Bölmə meneceri ilə işçi heyətlə iş üzrə şöbə meneceri arasında müzakirədən sonra Heyətin inkişaf planının formalarına müvafiq olaraq hər bir əməkdaş üçün hər il karyera yüksəlişinin planı yaradılır.
Gantek şirkəti sahələrarası rotasiya və xaricdəki ofislərdə işədüzəlmə imkanları təmin edir. Şirkətdə vakant vəzifələr elan edilir, və Gantek şirkətinin əməkdaşlarının işədüzəlmə ərizələri prioritet təşkil edir.

Vəzifəyə seçmə və təyin
Gantek şirkətinə işədüzəltmə personaldan istifadənin illik planlaşdırılmasına uyğun olaraq aparılır, hansı ki, boş vəzifələri daxil edir. Ərizə verilərkən ilk addım CV-nin vakant vəzifələr üçün yararlığına dair qiymətləndirilməsidir.
İşədüzəlmə prosesi işçi heyətlə iş üzrə menecerlə və müvafiq bölmə menecerləri ilə müsahibəni, şəxsi keyfiyyətlərin qiymətləndirilməsini və bəzi vəzifələr üçün texniki testləri daxil edir.
Ərizələr bütün fəaliyyətdə olan ölkələrdə LinkedIn vasitəsilə və elektron poçtla job@gantek.com ünvanına CV və ya əvvəlki işəgötürənlərin tövsiyələrini göndərməklə qəbul edilir; Türkiyə üçün Kariyer.net əlavə sayt var.
Bundan başqa, Gantek şirkətinin əməkdaşlarından tövsiyələri olan namizədlər vəzifəyə seçmə və təyin prosesinə daxil edilib. Əgər vəzifəyə Gantek şirkətinin əməkdaşının tövsiyəsi üzrə namizədlər təyin olunurlarsa, belə əməkdaş hədiyyələrlə mükafatlandırılır.

Fəaliyyətin və inkişafın qiymətləndirilməsi
Gantek şirkətinin fəaliyyətin və inkişafın qiymətləndirilməsi sistemi aşağıdakı məqsədlərə nail olmağa istiqamətlənib:
- əməkdaşların işinin effektliliyinin standartlaşdırılmış və obyektiv qiymətləndirilməsi;
- korporativ hədəflərin şəxsi hədəflərlə uzlaşdırılması və onların reallaşdırması;
- əməkdaşlarla əks əlaqə;
- əməkdaşların tədrisə və ixtisasın artırılmasına ehtiyaclarının təyini;
- məvacib və mükafatlandırma sistemlərinin təşkili;
- karyera yüksəlişi  planlarının yaradılması;
- işədüzəltmə prosesinin effektivliyinin ölçülməsi;
- iş proseslərində səhvlərin təyini.
Məhsuldarlıq göstəricilərinin qiymətləndirilməsi məqsədli göstəricilərə, vəzifə və səlahiyyətlər dairəsi üçün meyarlara əsaslandırılıb. Məhsuldarlıq göstəricilərinin qiymətləndirilməsi ildə iki dəfə aparılır. İyulda ayında aralıq qiymətləndirilmə zamanı müvafiq bölmənin rəhbəri və əməkdaş müsahibə keçirir, işçiyə şifahi əks əlaqə məlumatları verilir və o, ilin birinci altı ayında məqsədlər və meyarlar üzrə qiymətləndirilir.
Effektivlik göstəriciləri yanvar ayında keçirilən əsas qiymətləndirilmədə təyin edilir. Əməkdaş və müvafiq bölmənin rəhbəri əməkdaşın əvvəlki il ərzində işini birlikdə qiymətləndirirlər, və yüksək göstəriciləri olan əməkdaşlar mükafat, təyinat, tədris bonusu və s. şəklində mükafatlandırılırlar.

Tədris və ixtisasın artırılması
Gantek şirkətində tədrisə və ixtisasın artırılmasına ehtiyac aşağıdakılar nəzərə alınmaqla təyin edilir:
- hər bir vəzifə üçün lazım olan texniki biliklər və bacarıqlar;
- hər bir vəzifə üçün lazım olan səriştə;
- məhsuldarlıq göstəricilərinin qiymətləndirilməsi.
Yuxarıda göstərilən amillərə əsaslanan informasiya həm texniki, həm də peşəkar inkişaf üçün, eləcə də şəxsiyyətin inkişafı üçün tədris planlaşdırılmasını formalaşdırır.
Peşəkar inkişaf üzrə təlimlər insanın və / və ya qrupların ehtiyaclarına müvafiq olaraq hazırlanıb və sahənin xarakterindən asılı olaraq korporasiya/ayrı-ayrı şəxslər üçün qurulmuşdur.
Planlaşdırılır ki, şəxsi inkişaf üzrə təlimlər personalın işində daha yüksək effektivlik üçün lazım olan münasibətləri yaxşılaşdıracaq.
Hər ilin başlanğıcında hər bölmənin əməkdaşları üçün hazırlıq planları personal ilə iş üzrə menecer və hər bir bölmə rəhbəri ilə müzakirələrin nəticələrinə əsasən hazırlanır. Bu işdə “qiymətləndirənin” və “əməkdaşın” məhsuldarlıq göstəricilərinin qiymətləndirilməsi formalarında şərhləri nəzərdən keçirilir.

Məvacibi idarəetmə
Gantek şirkətində əmək haqqı cədvəli hər bir vəzifə üçün işin qiymətləndirilməsi yolu ilə və bazarda məvaciblərin  tədqiqatlarını nəzərə alaraq təyin edilir. Müxtəlif iş qrupları üçün rasional və ədalətli bonus sistemi mövcuddur. Bonuslar vəzifədən asılı olaraq dəyişərək müəyyən şərtlərdə və ya illik əsasda ödənilir.
Maaş təmiz və 12-aylıq əsasda ödənilir. Hər ilin başlanğıcında əmək haqqı inflyasiya səviyyəsinə və keçən ildə əməkdaşın məhsuldarlığına müvafiq olaraq korrektə edilir.

Güzəştlər
Güzəştlər qidalanma, nəqliyyat xidmətləri və şəxsi tibbi sığorta talonlarını əhatə edir, hansı ki, həm ambulator, həm stasionar müalicəni daxil edir.
Personal ilə iş üzrə şöbə tərəfindən yaradılmış Gantek klubu “Şəxsi inkişaf üzrə seminarlar” təşkil edir. Bu seminarlar bütün əməkdaşlar üçün açıqdır və bütün il boyu daim keçirilir, həmçinin kino, boulinq, konsert və başqa fəaliyyətləri nəzərdə tutur.