Türkçe | English | Pусский | Kазах | ქართული
Haqqımızda

1987-ci ildə əsası qoyulmuş Gantek Technology Türkiyədə İKT (informasiya və kommunikasiya texnologiyaları) sahəsində sistem inteqrasiyası şirkətlərindən ən qocaman və nüfuzlu şirkətlərindən biridir, və 10-dan çox ölkədə müəssisələri olan beynəlxalq şirkətdir. Ekosistem çərçivəsində sistem həllərin işlənib hazırlaması üzrə güclü komandası və tərəfdaşları sayəsində, Gantek şirkəti yüksək səviyyəli və geniş əhatəli təcrübə nümayiş etdirir.

İnformasiya və kommunikasiya texnologiyalarının ictimai həyatın müxtəlif sahələrinə nüfuz etdiyi əsrin dörddə biri boyunca Gantek şirkəti bu texnologiyaların biznes-proseslərə inteqrasiyasının təşəbbüskarı olmuş və Türkiyə iqtisadiyyatının İKT vasitəsi ilə inkişafında müstəsna rol oynamışdır.

Əməliyyat effektivliyini və şirkətlərin məhsuldarlığını artıran həllərin geniş portfeli sayəsində Gantek Türkiyə və Avrasiyanın aparıcı təşkilatlarına xidmət göstərir.

Baş ofislər İstanbulda yerləşir, yerli əməliyyatlar isə Albaniya, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Şimali Kipr, Moldova, Nepal, Özbəkistan, Tacikistan və Türkmənistanda aparılır.

İnformasiya texnologiyalarının inkişafı ilə yanaşı öz korporativ biznes-həllər portfelini tamamlayaraq, Gantek şirkəti İKT-ın yeni biznes-proseslərə inteqrasiyasını irəlilədir. Gəlirli sistem inteqrasiyası şirkəti olaraq, Gantek tərəfdaşlarla əməkdaşlıqda müştərilərin ehtiyacları üçün kompleks həllər təqdim edir.

Sistem həllərin hazırlaması üzrə tərəfdaşları ilə birgə Gantek şirkəti server, verilənlər xəzinəsi, virtuallaşdırma, təhlükəsizlik əlavələri, informasiya texnologiyalarında buludlu hesablamalar, telekommunikasiya resursları və gəlirləri idarəetmə, OSS/BSS sinif telekommunikasiya həlləri və korporativ biznes-həllərdə platformalararası proqram təminatının həlləri kimi məhsulların və xidmətlərin geniş spektrini təklif edir.

Gantek şirkəti 7x24 rejimində reallaşdırma, dəstək və xidmətetmə, bundan əlavə təlim və konsultasiyalar, eləcə də peşəkar xidmətlər çərçivəsində öz müştəriləri üçün autsorsinq xidmətləri təmin edir.

İllik müstəqil auditlərin keçirilməsi, xidmətetmə keyfiyyətinin ISO standartı üzrə sertifikatlaşdırılması şəraitində, idarəetmə strukturuna və Türkiyənin yeni ticarət qanunvericiliyinə uyğun olaraq yerinə yetirilmiş yoxlamanın gedişatında əldə edilmiş nəticələrə malik olaraq, Gantek şirkətin idarə edilməsinin qlobal standartlarına cavab verən təşkilatdır.