Türkçe | English | Pусский | Kазах | ქართული
Korporativ idarəetmə

İstehlakın şüurluluğu səbəbi ilə məhsulları və xidmətləri daha da müxtəlifləşən və keyfiyyəti yaxşılaşan bazarlarda işləyən şirkətlərin sərt rəqabət şəraitinə uyğunlaşması yalnız şirkətin idarəetmə mentaliteti qəbul etməsi və onu reallaşdırması yolu ilə mümkündür.

Hal-hazırda şirkəti idarəetmənin həyata keçirilməsinin keyfiyyəti maliyyə göstəriciləri qədər əhəmiyyətlidir.

Şirkəti idarəetmə prinsiplərinə uyğun olaraq Gantek şirkətinin Direktorlar şurasında icraçı orqan səlahiyyətləri olmayan idarə heyəti üzvü var.

Xidmətetmə  keyfiyyətinin ISO standartı üzrə sertifikatlaşdırılması

Təsisindən dərhal sonra bir neçə il ərzində idarəetmənin əsas prinsiplərini müəyyən edib, 2001-ci ildə şirkətin idarə edilməsi üzrə səyləri tətbiq edərək, Gantek xidmətetmə keyfiyyətinin ISO standartı üzrə sertifikatlaşdırılmasını aparır.



Türkiyənin “Ticarət haqqında” yeni Qanununa ən hazırlıqlı şirkətlərdən biri  

Türkiyənin Şirkətlərin Korporativ İdarəetmə Assosiasiyası və PriceWaterhouseCoopers-in birgə səyləri ilə keçirilmiş “yoxlamanın” nəticələri göstərdi ki, Gantek 14 fevral 2011-ci il tarixində rəsmi bülletendə dərc edilmiş Türkiyənin ticarət haqqında yeni qanununda qeyd olunan şirkətlərin idarəetmə prinsipləri cəhətindən ən hazırlıqlı özəl şirkətlərdən biridir.



İllik müstəqil auditlər

Hər il Gantek müstəqil maliyyə auditini keçir. Auditlər 2000-2006-cı illərdə Ernst&Young şirkəti tərəfindən və 2006-2011-ci illərdə PriceWaterhouseCoopers tərəfindən keçirilmişdir.