Türkçe | English | Pусский | Kазах | ქართული
Prezidentin Müraciəti

1987-ci ildə yaradıldığı andan Gantek Technology şirkəti daha yaradıcı və təşəbbüskar olmağa çalışırdı ki, informasiya və kommunikasiya texnologiyalarının tez inkişaf etdiyi dünyada novator mövqeyini tutsun, və səriştəmiz iş dünyasının tələbatlarına uyğun olsun.

Son bir neçə il ərzində informasiya və kommunikasiya texnologiyaları sənayesində bir neçə inqilabın baş verməsinə baxmayaraq, Gantek öz korporativ mövcudluğunu möhkəmlədib və təşəbbüs etdiyi addımlar vasitəsilə öz əlaqədar tərəflərinin inkişafına töhfə verib və bu günə qədər bunu davam edir.

İnternet-texnologiyalar, mobil rabitə və iqtisadi fəaliyyət sahələrində son iyirmi ildə baş vermiş inqilablar ərzində dinamik və rəqabətli türk bazarında toplanmış təcrübəni və Türkiyənin geosiyasi yerləşməsinin üstünlüklərini istifadə etməsi sayəsində, Gantek regionda öz mövcudluğunu göstərmiş və müxtəlif ölkələrdə fəaliyyəti vasitəsi ilə qlobal şirkət səviyyəsinə çatmışdır. Biz əvvəlki kimi özümüzü informasiya və kommunikasiya texnologiyaları sahəsində transmilli şirkət olaraq görsək də, bilirik ki, tərəfimizdən yerinə yetirilən hər layihə bu hədəfə kömək edir. Dəyərlərə sadiqlik Gantek şirkətinin yerli oyunçudan regionala çevrilməsində əhəmiyyətli rol oynadı. Biz hesab edirik ki, bu dəyərlər bütövlükdə dayanıqlı artımın açarıdır.

Bizim biznes-prosesləri formalaşdıran bu açarın tərifinə gəlincə: biz əməkdaşlarımız, tərəfdaşlarımız və müştərilərimizlə olan münasibətləri uzunmüddətli əsaslarda qursaq da, həlləri hazırlayarkən dərk edirik ki, cari ehtiyaclar həyat əhəmiyyətli ola bilər.

On il əvvəl əlini sıxdığımız tərəfdaşlarla vaxt keçirmək bizim üçün xoşdur. Bütün səylərimiz ortaya qoyaraq arzu olunanlarla günümüzün tələbləri arasında nail olduğumuz balans keçmişdə olduğu kimi gələcəkdə də müvəffəqiyyətimizin əsası olacaq.

Ahmet Sefik Ongün
İdarə Heyəti sədri